ABŞ Dövlət Departamenti dünyada dini azadlıqlarla bağlı hesabat yaydı
31 İyul 2012 Çərşənbə Axşamı 01:36
Hesabatda Çin, İran, Şimali Koreya və Səudiyyə Ərəbistanı tənqid edilir.
ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada dini azadlıqlarla bağlı hesabat yayıb. ANS PRESS-in Svobodanews.ru-ya istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar ötən il dünyada dini zəmində dözümsüzlüyün davam etdiyini bəyan edib. İllik hesabatında deyilir ki, Bəhreyn, İraq, Rusiya kimi ölkələrdə hökumətlər “zorakı ekstremistlər” adlandırdıqları qruplara qarşı addımlar atarkən din azadlığını pozur, sosial zəmində dozümsüzlüyə yol açırlar.
Sənədə görə bir çox ölkələrdə hökumətlər kafirlik, dinini dəyişmə və təhqir kimi maddələrdən din azadlığını boğmaq üçün daha çox istifadə ediblər.
ABŞ Dövlət Departamenti hesabatında Çin, İran, Şimali Koreya və Səudiyyə Ərəbistanını din azadlığı sahəsində davamlı problemləri olan ölkələr kimi xarakterizə edir. Sənədə görə bütün dünyada hazırda antisemitizm, eləcə də bəhailər, buddistlər və uyğurlara qarşı dözümsüzlük güclənir.
DOSTLARINLA PAYLAŞ: