ABŞ diplomatları Medvedevi Putinin girovu hesab edirlər
29 Noyabr 2010 Bazar Ertəsi 11:10
Burada prezident Medvedev-Putin münasibəti “Robin-Betmenə" münasibəti kimi xarakterizə olunub
Amerikalı diplomatlar Vaşinqtona ötürdükləri məlumatlarda Rusiya prezidenti Dmitri Medvedevi baş nazir Vladimir Putinin siyasi girovu adlandırıblar. “WikiLeaks” saytı tərəfindən açıqlanan yazışmalarda prezident Medvedevlə Putin arasındakı münasibət “Robinin -Betmenə olan münasibəti” kimi təsvir olunur.
Burada “Betmən və Robin” filmi nəzərdə tutulur. Bu filmdə əvvəllər tək fəaliyyət göstərmiş “Yarasa insan” (super qəhrəman) gənc və az təcrübəli dostu Robini özünə silahdaş götürür.
Digər sənədlərdə isə prezident Medvedev “zəif və qərarsız”, baş nazir Vladimir Putin isə “alfa kişisi” kimi xarakterizə olunur.
DOSTLARINLA PAYLAŞ: