ABŞ Dəniz Qüvvələrinin katibinin Azərbaycana səfəri başlayır
20 Noyabr 2011 Bazar 05:26
Rey Meybas rəsmilərlə ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək.
ABŞ Dəniz Qüvvələrinin katibi Rey Meybas (Ray Mabus) noyabrın 20-21-də Azərbaycanda səfərdə olacaq. Bu barədə məlumat ANS PRESS-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən veriblər.
Səfər zamanı Rey Meybas Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək və ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək.
Qeyd edək ki, Müdafiə Katibinin tabeliyində olan, Baş İcraedici Rəhbər kimi Dəniz Qüvvələri Katibi Dəniz Qüvvələri Departamentinin bütün işlərini aparır. Dəniz Qüvvələri Departamenti iki Formalı Xidmətdən ibarətdir: ABŞ Dəniz Qüvvələri və ABŞ Dəniz Korpusu. Dəniz Qüvvələri Katibi milli təhlükəsizlik siyasətinə, Prezident və ya Müdafiə Katibi tərəfindən qoyulmuş məqsədlərə uyğun olaraq siyasətlərin və proqramların təşkilinə və icrasına cavabdehdir.
DOSTLARINLA PAYLAŞ: