ABŞ-dakı səfirliyimiz Prescient Worldwide telefon şirkətinə xəbərdarlıq edib
08 Fevral 2010 Bazar Ertəsi 17:55
Prescient Worldwide şirkətinin beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi göstərilib
Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, “Prescient Worldwide” telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq ABŞ-dakı səfirliyimiz sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərib.

XİN-in mətbuat xidmətinin məlumatına görə, məktubda həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib.

Cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcək də belə səhvlərin təkrarlanmayacağını bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar