ABŞ-dakı səfirimiz “Washington post” qəzetinə məktub ünvanlayıb
16 İyul 2011 Şənbə 10:35
Səfir məktubda mətbu orqanını birtərəfli mövqe tutmaqda ittiham edib.
“Washington post” qəzeti Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyevin bu qəzetin redaktoruna ünvanladığı məktubunu dərc edib. Bu barədə APA-nın Vaşinqton müxbiri xəbər verir.

Sözügedən məktubda səfir Əliyev qeyd edir ki, Uill England (Will Englund) 7 iyul tarixli “Qarabağda - İlk post sovet müharibəsi” məqaləsində Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyi ilə bağlı faktları ortaya qoya bilməyib.

“Bu məqalədə Ermənistanın interpretasiyası, “1921-ci ildə Stalinin Dağlıq Qarabağı Azərbaycana birləşdirməsi” qeyd edilsə də, fakt olaraq, həmin qərar Dağlıq Qarabağın Azərbaycan daxilində saxlanılmasından ibarət idi. Bununla belə bir milyona qədər azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi, eləcə də Xocalı qırğını kimi Azərbaycanlılara qarşı törədilən cinayətlərə toxunulmamışdır”. Səfir həmçinin əlavə edir ki, “bunun əvəzinə məqalədə Ermənistan tərəfindən qurulmuş qeyri-qanuni separatçı rejimin reklamı aparılır”.

“Sonra öz 8 iyul tarixli “Dağlıq Qarabağ danışıqlar masasında əyləşmək istəyir” məqaləsində cənab Enqland Dağlıq Qarabağın hər zaman iki, azərbaycanlı və erməni icmasından ibarət olduğu faktından yayınır. Ümid edirik ki gələcəkdə “The Post” Azərbaycanın mövqeyinə də bərabər diqqət göstərəcək”, deyə səfir Əliyev bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar