ABŞ: "Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya bilər"
03 Fevral 2010 Çərşənbə 11:40
Bunu ABŞ Milli Kəşfiyyatı Agentliyinin rəhbəri Denis Bleyer bəyan edib
"Azərbaycanla Ermənistan arasında müharibə hər an başlaya biləcəyindən Qafqazda vəziyyət hələ də qeyri- sabitdir". Bunu Vaşinqtonda ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Denis Bleyer bəyan edib.

Bleyer, Türkiyə ilə Ermənistan münasibətlərinin bərpasına da münasibət bildirib. Onun sözlərinə görə, bu proses Ermənistan-Azərbaycan arasında olan həssas münasibətlərə öz təsirini göstərib. Bleyer onu da deyib ki, Rusiya prezidenti Dmitri Medvedevin keçmiş SSRİ ölkələrinə maraqlarının üstün olduğu zona kimi baxması Vaşinqtonla münasibətləri laxlada bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar