ABŞ Azərbaycana daha hərbi texnika satmayacaq?
02 İyul 2012 Bazar Ertəsi 18:39
Ermənilər iddia edir ki, Dövlət Departamenti yaxın gələcəkdə müvafiq siyahıdan Azərbaycanın adını çıxara bilər.
ABŞ Azərbaycana hərbi texnika satmaqdan imtina edə bilər. Amerika Erməni Assambleyasının məlumatına görə, Birləşmiş Ştatların Dövlət Departamenti yaxın gələcəkdə Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxara bilər.

Məlumatda bildirilib ki, Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi, ermənipərəst Harvard Bermanın Konqresə ünvanladığı narahatlığından sonra bu məsələ gündəmə gəlib. Konqresmen ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda isə bildirib ki, əldə olunan bu silahlardan Ermənistana və Dağlıq Qarabağa qarşı istifadə edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar