ABKot-d'İvuara qarşı sanksiyaları yumşaltdı
09 Aprel 2011 Şənbə 01:24
Bu addım müxalifət liderinin arzusu ilə atılıb
Avropa Birliyinin Şurası Kot-d'İvuarın bəzi şirkətlərinə qarşı sanksiyaları yumşaltmaq qərarına gəlib. Qurumun mətbuat xidmətinin məlumatına görə, bu addım ölkənin legitim hakimiyyətini dəstəkləmək üçün atılıb.
Kot-d'İvuarın BMT tərəfindən tanınan prezidenti Alassan Uattara Avropa Birliyindən ölkənin bəzi təsərrüfat subyektlərinə qarşı “məhdudiyyət tədbirləri” adlanan sanksiyaların ləğvini xahiş etmişdi.
Kot'd-İvuarda prezident seçkilərinin ötən ilin dekabrında keçirilən ikinci turunda rəqibi Alassan Uattaraya uduzan Loran Qbaqbo hakimiyyəti ona təhvil verməyib. Baxmayaraq, yeni prezidentin legitimliyi BMT tərəfindən roəsmən tanınıb. Qbaqbonun ordusu əleyhdarlarına qarşı ağır silahlardan istifadə edib. Müxtəlif məlumatlara görə, indiyədək baş verən toqquşmalarda 460-dan çox adam ölüb.
BMT Təhlükəsizlik Şurası Kot'd-İvuardakı zorakılıqlara son qoyulması ilə bağlı qətnamə qəbul edib. Qətnamədə seçkilərdə uduzan, amma hakimiyyətdən getməkdən imtina edən Loran Qbaqbo və yaxın ətrafına qarşı sanksiyaların tətbiqi də nəzərdə tutulur. Qbaqbo rejiminə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan və Alassan Uattaranın qanuni prezident kimi tanınmasını tələb edən qətnamə layihəsi Fransa və Nigeriya tərəfindən hazırlanıb. Sanksiyalar Loran Qbaqbonun, həyat yoldaşının və yaxın ətrafının xaricə səfərlərinə qadağanı nəzərdə tutur.
Avropa Birliyi də bu həftə Kot-d'İvuar rəhbərliyinə qarşı sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul edib.
DOSTLARINLA PAYLAŞ: