Abel Məhərrəmov: “Vahid türk dili yaradılmalıdır”
23 May 2011 Bazar Ertəsi 13:22
Abel Məhərrəmov:“Vahid türk dili yaradılmalı, bu istiqamətində alimlərin səyləri birləşdirilməlidir”.
Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. Rektor bildirib ki, türk dili beynəlxalq dil kimi qəbul edilməlidir: “Azərbaycanla Türkiyə arasında demək olar ki, dil problemi yoxdur. Digər türk dövlətlərinin bir araya gəlməsi, bizim danışıq dilindən onların da səmərəli istifadə etməsi üçün bu mümkündür. Həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri əsas verir ki, türk dili BMT dili kimi qəbul edilsin”.

A. Məhərrəmov qeyd edib ki, hazırda dünyada 300 milyondan çox insan türk dilində danışır. Vahid türk dilinin yaradılması türkdilli xalqların nüfuzunun daha da artmasına səbəb olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar