Abdullah Gül "erməni soyqırımı" ilə bağlı açıqlama verib
28 Aprel 2012 Şənbə 10:36
"Məsələ ilə bağlı Türkiyənin mövqeyi dəyişməz və aydındır".
Türkiyə prezidenti Abdullah Gül qondarma erməni soyqırımı ilə bağlı açıqlama verib. Çanaqqalaya səfəri zamanı bu barədə jurnalistlərin suallarını cavablandıran Gül qeyd edib ki, məsələ ilə bağlı Türkiyənin mövqeyi aydın və dəyişməzdir. Onun sözlərinə görə, qondarma soyqırım məsələsinin araşıdırılması üzrə iki ölkənin tarixçiləri tərəfindən birgə komissiyanın yaradılması ilə bağlı dəfələrə iddiaçı tərəflərə müraciət olunub.

"Hətta bununla bağlı Nyu York Times, Washington Post", "Herald Tribuna" kimi məşhur mətbuat dərgilərində elanlar gedib. Komissiya tərkibində əgər üçüncü bir tərəf də iştrak etmək istəyirsə, onlara belə bir imkan verərik. 1-ci dünya müharibəsində işgəncələrə məruz qalan türk xalqı olub. Ona görə də, bu dərd hamımızın ortaq dərdidir..."


DOSTLARINLA PAYLAŞ:

oyunlar