Abdullah Gül: "Ankara bundan sonra da Bakıya dəstək olacaq"
25 Yanvar 2011 Çərşənbə Axşamı 17:30
“Arzumuz bütün Qafqazda təhlükəsiz əməkdaşlığa söykənən geniş bir atmosferin yaranmasıdır".
Türkiyə prezidenti Abdullah Gül Azərbaycanın Avropa Şurasına üzv olmasının 10-cu ildönümü münasibətilə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvləri ilə görüşüb, onları təbrik edib. Daha sonra keçirdiyi mətbuat konransında Abdullah Gül Bakıya bundan sonra da Ankaranın dəstək verəcəyini ifadə edib və Ermənistanla münasibətlərə toxunub.

Ermənistana səfər edən ilk türk prezidenti olduğunu xatırladan Türkiyə dövlət başçısı məqsədinin münasibətləri ən gözəl şəkildə normallaşdırmaq olduğunu bildirib: “Əslində arzumuz budur ki, bütün Qafqazda təhlükəsiz əməkdaşlığa söykənən geniş bir atmosfer yaransın. İstəyimiz Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiyanın iştirakı ilə bütün Qafqazda yeni bir vəziyyətin yaranmasıdır. Bunun üçün çox çalışırıq. Bəzən səssiz, bəzən üzdə olan işlər davam edir. İşlərimizi davam etdirmək qənaətindəyəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar