Abdulla Gülün Liviya ilə bağlı açıqlaması
26 Mart 2011 Şənbə 13:16
Türkiyə prezidenti Liviya ilə bağlı açıqlamasında belə deyib
Türkiyə prezidenti Abdulla Gül Liviya ilə bağlı münasibət bildirib.

«Liviyada baş verənlər ilk növbədə Avropanı, sonra da Afrika və Ərəb xalqlarını yaxından maraqlandırır. BMT Təhlükəsizlik Şurasının qərarında Avropa ölkələrinin də rəyi var. Türkiyənin əvvəlcədən istəyi isə qan tökülmədən, Liviyanın infrastrukturunu dağıtmadan və təhlükəsizlik qüvvələrini məhv etmədən dəyişiklik edilməsindən ibarət olub. Liviya lideri həm dəyişikliyə icazə verməli, həm də istefa verməlidir, daha çox dağıntıların baş verməsinə yol verməməlidir. Türkiyə vəziyyətdən çıxış strategiyası olmadan hərbi müdaxiləyə başlamağı qəribə qarşıladı. NATO-da siyasi və hərbi qanaddakı toplantılar bir az mübahisəli keçdi, nəticədə bu səlahiyyətin NATO-ya verilməsi doğru olacaq.» - Abdulla Gül Afrika ölkələrinə səfəri çərçivəsində Qabonda keçirdiyi mətbuat konfransında belə deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar