Abdulla Gül: "Günahlarımızı qəbul edə bilməyəcəyəm..."
25 Yanvar 2011 Çərşənbə Axşamı 22:00
Abdulla Gül: "İddialarınız varsa, buyurun, bu işi birgə həll edək".
Türkiyə prezidenti Abdulla Gül Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı 1915-ci il hadisələri ilə bağlı suala cavab verib. Türkiyə dövlət başçısı soyqırım sözünün düzgün bir ifadə olmadığını bildirib: "Tariximizdə soyqırımı olduğunu qəbul etmirik. Əgər bunu qəbul edənlər və ya iddia edənlər varsa, onlara açıq şəkildə səslənirəm: gəlin, birgə komissiya yaradaq. Soyqırımı olub və ya olmayıb deyən elm adamları bir araya gəlsin. 100 il əvvəlki hadisələr Birinci Dünya Müharibəsində olduğu dönəmdə cərəyan edib. Müharibənin dəhşətli nəticələri olub, minlərlə insan itkin düşüb. Bunlar olduqca kədərli hadiəsələrdir. Bir toplumun soyqırıma məruz qalması üçün bir dinə və ya bir irqə mənsub olanları nə qəsdən öldürmək lazmıdır. O dönəmdə ermənilər Osmanlı dövlətinin məhkəmə strukturlarında, rəhbər vəzifərlərdə çalışırdılar. Hətta Osmanlı dövlətini bir sıra bölgələrdə erməni səfirlər təmsil edirdilər. İstanbuldakı bütün erməni kilsələri açıqdır. Buna soyqırım deyirsinizə, bu qəbuledilməzdir”.
Gül həmçinin qeyd edib ki, tarixlə bərabər yaşanılsa, Avropada heç kim heç kimin üzünə baxa bilməz. "Yeganə çıxış yolu birlikdə gələcəyə addımlamaqdır. Əlbəttə ki, acılarımıza üzülməliyik, amma gələcəkdə dostluq, bərabərlik və həmrəylik içində xalqların qardaş şəkildə yaşamasını təmin etməliyik. Günahlarımızı qəbul edə bilməyəcəyəm. İddialarınız varsa, buyurun, bu işi birgə həll edək”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: