Abdulla Gül: “Azərbaycanı heç vaxt məyus etməyəcəyik”
08 Sentyabr 2009 Çərşənbə Axşamı 18:40
Türkiyə prezidenti ölkəmizin Ankaradakı səfiri ilə görüş keçirib
Türkiyə heç vaxt Azərbaycanı məyus edə biləcək addım atmayacaq. Bu barədə Türkiyə prezidenti Abdulla Gül Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovla görüşdə bildirib.
Gül xarici ölkələrin səfirləri üçün verilən iftar zamanı deyib ki, Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri həmişə Ankara üçün mühüm əhəmiyyət kəsb edib.
Görüş zamanı erməni-türk münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan protokol barədə fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: