AB Qarabağda keçiriləcək "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb
19 İyul 2012 Cümə Axşamı 12:24
Ketrin Eşton: "Avropa Birliyi Qarabağda bu gün keçiriləcək "prezident seçkiləri"in konstitusion və hüquqi çərçivələrini tanımır".
Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri" ilə bağlı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyanat verib. ANS PRESS-in məlumatına görə, qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa İttifaqının Dağlıq Qarabağda bu gün keçiriləcək "prezident seçkiləri"nin konstitusion və hüquqi çərçivələrini tanımadığını bildirib: "Bu "seçkilər" münaqişənin sülh yolu ilə həll edilməsinə dair danışıqların gedişində Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə zərər yetirməməlidir".

Xanım K. Eşton eyni zamanda ATƏT-in Minsk Qrupu və həmsədrlərin münaqişənin sülh yolu ilə həll edilməsi üçün göstərdikləri səyləri dəstəklədiyini bir daha xatırladıb.

"Mən tərəfləri bu münaqişənin danışıqlar yolu ilə Madrid prinsipləri əsasında həll yolunun tapılması üzrə səylərini fəallaşdırmağa çağırıram. Mən Avropa Birliyinin bu istiqamətdə görüləcək işlərə bundan sonra da dəstək verəcəyini təsdiqləyirəm", - deyə o əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar