AB Azərbaycanı regionda ən başlıca tərəfdaş hesab edir
06 İyun 2012 Çərşənbə 10:53
Rolan Kobia: “Neft-qaz sənayesindəki nailiyyətlər göz qabağındadır".
Avropa Azərbaycanı bu regionda ən başlıca tərəfdaşı hesab edir. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia Bakıda keçirilən 19-cu Beynəlxalq "Neft və Qaz, Neftayırma və Neft kimyası" konfransındakı çıxışında AB-nin enerji komissarı Günter Ottingerin adından bildirib.
Müstəqillik illərində Azərbaycan iqtisadiyyatının böyük inkişaf dövrü keçdiyini bildirən səfir Azərbaycanın indi qabaqcıl neft-qaz təchizatçısı olduğunu qeyd edib: "Neft-qaz sənayesindəki nailiyyətlər göz qabağındadır - şəffaf müqavilə şərtləri, uzunmüddətli əməkdaşlıq imkanı, xarici şirkətlər üçün yaradılan şərait və ARDNŞ-in dünya səviyyəli fəaliyyəti. Azərbaycan qlobal səviyyəli neft-qaz istehsalçısıdır".
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunan R. Kobia bildirib ki, birbaşa güclü münasibətlər Avropa ilə inkişaf etdiriləcək, strateji enerji tərəfdaşları tapılacaq və bu, Azərbaycanın suverenliyini daha da möhkəmləndirəcək: “Hansısa alıcılarla danışıqlar zamanı müəyyən anlaşılmazlıqlar ola bilər, amma Avropa Azərbaycanı dünyanın bu nöqtəsində ən başlıca tərəfdaşı hesab edir”.
R. Kobia bildirib Ki, müvafiq konseptual məsələlər həllini tapsa, Tran-Anadolu qaz boru kəməri də Avropanın qazla sabit təminatı üçün tələblərə cavab verəcək.
Səfir bildirib Ki, hazırda AB Türkmənistanla Azərbaycan arasında danışıqları tənzimləyir və nəql imkanlarını genişləndirməyə çalışır: “Avropa istəyir ki, sabit və proqnozlaşdırıla biləcək alıcıya çevrilsin”.
DOSTLARINLA PAYLAŞ: