A.Gül “WikiLeaks”in yaydığı məlumatlara münasibət bildirib
30 Noyabr 2010 Çərşənbə Axşamı 15:35
“Bu informasiyalardan bəziləri düzgün, bəziləri isə səhv dəyərləndirmə ola bilər”
Türkiyə prezidenti Abdullah Gül Astanaya yola düşməzdən əvvəl Ankara hava limanında “WikiLeaks” saytında yayılan məlumatlara münasibət bildirib. O deyib ki, bu informasiyalardan bəziləri düzgün, bəziləri isə səhv dəyərləndirmə ola bilər.

“Biz bütün bunlara öyrəşmişik. Bunların heç bir Türkiyəni daha güclü bir ölkə etmək, yəni inkişaf etdirmək üçün yazılmayıb. Saytda yazılanlar Türkiyədə siyasi istiqamətdə ən çox önəm verdiyimiz qədim tarixi köklərlə bağlıdır. Bunu heç kim poza bilməz”, - deyə Türkiyə prezidenti qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar