9 mindən çox əcnəbi Azərbaycandan çıxarılıb
24 Yanvar 2011 Bazar Ertəsi 11:45
Ötən il ərzində 12 094 nəfər əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.
Ötən il ərzində 9 mindən çox əcnəbinin Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib. Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə Xidmətin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Belə ki, 2010-cu il ərzində miqrasiya orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ötən il 16680 əcnəbinin sənədləri yoxlanılıb və nəticədə 12 094 nəfər əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Məlumata görə, əsas olduğu üçün onlardan 2 796 nəfərinin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar