8 mart: Bayram yoxsa qanlı faciənin tarixi
08 Mart 2012 Cümə Axşamı 00:49
Qadınlara qarşı zorakılıq dünyada ən çox yayılan, ən az cəzalandırılan cinayətdir.
Bu gün 8 mart beynəlxalq qadınlar bayramıdır. 8 mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bu gün bütün dünya qadınları bunu bayram kimi qeyd edir.

8 martın tarixi barədə müxtəlif mənbələrdə fərqli məlumatlar olsa da, ən çox rast gəlinəni budur:

1857-ci ilin 8 mart günü ABŞ-ın Nyu York şəhərində 40 000 toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi, fəhlələrin fabrikə dolsurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb. Fəhlələrin dəfn mərasimində 10 000-dən çox insan iştirak edib.

1910-cu il 26 – 27 avqust tarixdə, 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.

Müxtəlif illərdə bəzi ölkələrdə qeyd edilməsi qadağan olunan 8 mart tarixi 1960-cı ildən sonra ABŞ-da qeyd edilərək dünyanın da gündəminə gəlməyə başladı.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili e`lan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə BMT-nin Baş Assambleyasında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Qeyd edək ki, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Statistikaya görə:

Qadınlara qarşı zorakılıq dünyada ən çox yayılan, ən az cəzalandırılan cinayətdir.

Dünyada təxminən 113 milyonla 200 milyon arası qadın demoqrafik olaraq “yox” görünür. Bunun səbəbi, dünyaya qız gəldikləri üçün öldürülmələri və ya kişilərlə müsavi hüquqlara sahib olmamalarıdır.

Fahişəliyə məcbur edilən və ya bu məqsədlə satılan qadınların sayı illik 700 000 ilə 4 milyon arasındadır.

Qadın ticarəti şəbəkələrinin cinsi istismardan qazandığı pulun məbləği illik təxminən 12 milyard dollardır.

Dünyada 15 ilə 45 yaş arası qadınlar xərçəng, malyariya, avtomobil qəzaları və müharibələrdən daha çox kişi zorakılığının qurbanı olaraq ölməkdə və ya şikəst qalmaqdadır.

Azı hər üç qadından biri döyülüb, zorlamaya məruz qalıb və ya həyatı boyu fərqli bir istismara məruz qalıb. Ümumiyyətlə isə qadın ailə üzvlərindən biri və ya hər hansı bir tanışının zortakılığına məruz qalır.

Sistemli zorlamadan dünyadakı bir çox insidentlərdə terror silahı kimi istifadə olunur. Ruanda soyqırımı vaxtı (1994) təxminən 250 000 ilə 500 000 arası qadın zorlamaya məruz qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar