İstanbulun Halkalı rayonunda İslam peyğəmbəri Hz. Muhammədin (ƏS) nəvəsi İmam Hüseynin (ƏS) 6 aylıq oğlu Əliəsgərin öldürülməsinin 1372-ci ildönümü münasibətilə mərasim keçirilib. Mərasim Halkalı rayonunda yerləşən “Zeynəbiyyə” məscidinin qarşısında baş tutub. Kiçik körpəsi olan qadınların peyğəmbər nəvəsi üçün tökdüyü göz yaşları ilə müşayiət olunan mərasimdə İrandan Ayətullah Fazil Gaini də iştirak edib. Türkiyə Cəfərilərinin lideri Səlahəddin Gündüz bu günün bütün müsəlmanlar üçün yas günü olduğunu deyib.