54 gün mühasirədə ingilis və rus dillərinə tərcümə olunub
31 Yanvar 2013 Cümə Axşamı 17:47
Azərbaycan torpaqlarının işğalından bəhs edən film xarici dövlətlərdəki səfirliklərə və diaspor təşkilatlarına göndəriləcək.
Azərbaycan torpaqlarının işğalından bəhs edən “54 gün mühasirədə” sənədli filmi ingilis və rus dillərinə tərcümə olunub. “Media forum” saytının məlumatına görə, filmin ingilis və rus dillərində olan versiyası xarici ölkələrin və beynəlxalq təşkilatların Bakıdakı səfirlik və nümayəndəliklərinə, Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə və diaspor təşkilatlarına göndəriləcək.

Film 1993-cü ildə Laçının şimal hissəsi və Kəlbəcərin işğalı zamanı erməni mühasirəsində qalan 19 nəfərin başına gələn hadisələri əks etdirir. “54 gün mühasirədə”nin qəhrəmanı həmin şəxslərdən biri – Laçının Oğuldərə kəndinin sakini, “54 gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyevdir. Əli Əliyev və onun ailəsinin məruz qaldığı müsibətlər lentin yaddaşına köçürülüb.

“54 gün mühasirədə”nin ssenari müəllifi və direktoru telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir. Film Milli Məclisin deputatı Nazim Fərəcovun təşəbbüsü ilə çəkilib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar