Ötən gün cəbhədə baş verən hadisə nəticəsində 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb.
“Ötən gün cəbhədə baş verən hadisə nəticəsində 51 erməni əsgəri həlak olub, 35-i yaralanıb”. ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Eduard Abramyan məlumat verib. O, sosial şəbəkədə sensasiyalı bir məlumatla çıxış edib.
ANS PRESS-in məlumatına görə, mitq.org Analitik Mərkəzinin rəhbəri olan erməni ekspert özünün "Twitter" səhifəsində bildirib ki, ötən gün səhər saatlarına qədər şiddətli döyüşlər gedib və separatçı Dağlıq Qarabağ ordusu 51 nəfər əsgərini itirib, 35 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar. "Ermənistan hakimiyyəti ölkədə baş verə biləcək kütləvi etirazlardan ehtiyyatlanaraq, bu məlumatı məxfi saxlamağa çalışır.”
Qeyd edək ki, Ermənistanın yüksək dairələri ilə yaxın əlaqələrə malik erməni jurnalistin bu açıqlaması sosial şəbəkələrdəki erməni istifadəçilərin ciddi müzakirələrinə səbəb olmuş və ermənilər Serj Sarkisyanı istefaya çağırmışlar.