366-cı alay barəsində tədbirlərin görülməsi yaxın günlərdə təmin ediləcək
23 Fevral 2010 Çərşənbə Axşamı 14:35
Onların axtarışı üçün İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna müraciət edilib
Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlikləri və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər Azərbaycan kəndlərində ermənilərin törətdikləri cinayətlərlə bağlı 286 nəfərin insanlıq əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması üçün qərar qəbul edilib.
Onlar barəsində məhkəmələr tərəfindən qiyabi həbs qərarı çıxarılıb və barələrində beynəlxalq axtarışa verilmələri üçün İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna müraciət edilib.
Bu barədə hər üç qurumun birgə istintaq-əməliyyat qrupundan məlumat verilib. 366-cı alayın rəhbər heyəti də beynəlxalq axtarışa verilən şəxslər arasındadır. Artıq həmin şəxslərin azərbaycanlılara qarşı cinayətləri tam sübuta yetirilib. Yaxın günlərdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Onlarla bağlı Rusiya, Qazaxıstan və Özbəkistan prokurorluqlarına müvafiq hüquqi yardımlar göstərilməsi üçün arayışlar göndərilib. Xocalı soyqırımı ilə bağlı 38 şəxs barəsində həbs qərarı çıxarılıb və onlar beynəlxalq axtarışa verilib. Bu istiqamətdə əməliyyat işləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: