3 yaralı hərbçimiz Türkiyəyə aparılır
08 Avqust 2014 Cümə 19:30
Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi üzərinə götürüb.
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılır.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.

Yaralı əsgərlərin Türkiyəyə sabah aparılması planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar