3 valideynli uşaqların texnologiyası hazırlandı.
23 Yanvar 2012 Bazar Ertəsi 13:05
Yeni texnologiya irsi xəstəliklərdən qaçmağa imkan verəcək
Yaxın gələcəkdə 3 valideynli uşaqlar doğula bilər. Alimlər 3 valideyinin genetik materiallarından uşaq doğulmasının metodikasını tapıblar. ANS PPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu texnologiyanın hazırlanmasında məqsəd irsi ötürülən ağır, müalicəsi olmayan xəstəliklərdən qaçmaqdır. Alimlərin fikrincə, yeni texnologiya uşaqların 50-yə yaxın ağır genetik xəstəlikdən azad olmasına imkan yarada biləcək.
Bu barədə məlumatı Böyük Britaniyanın elm naziri Devid Uillets verib. Onun sözlərinə görə, bu kəşf həyatı xilas etmək üçün çox mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislərin sözlərinə görə, seçilən sağlam DNT-lər ananın yumurtalığına yerləşdirilir. Nəticədə yeni texnologiya ilə dünyaya gələn uşaq həm ana, həm ata, həm də donorun genetik materiallarına sahib olur.
Lakin ictimaiyyət arasında alimlərin bu kəşfi birmənalı qarşılanmayıb. Bəziləri alimləri "hibrit uşaqlar"ın doğulmasına çalışmaqda, bununla da gələcək nəsil üçün böyük risk yaratmaqda ittiham edirlər.
Bu obrazla ilk körpənin Britaniyada yaxın iki il ərzində doğulacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: