29 fevralın tarixi və sirri
29 Fevral 2012 Çərşənbə 04:24
Statistikaya görə 4 milyon insan doğum gününü fevralın 29-u qeyd etməli olur.
Fevral - qriqoryan təqvimi ilə ilin ikinci ayıdır. Qısa illərdə 28, uzun illərdə 29 gündən ibarətdır. İlin ən qısa ayıdır. Yuli təqvimində 4 ildən bir, nömrəsı 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Hal-hazırda Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində əsas təqvim kimi istifadə edilən qriqoryan təqvimi də belədir.
E.ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəkı qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsı, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 29 fevral 28 ildən bir bazar gününə düşür və bu, fevralın 5-ci bazarı olur.
Yeni təqvim Roma imperiyasının tərkibinə daxil olan bütün xalqlar arasında yayılır və yulian sistemı adını alır. Sezar başqa bir əmri ilə aylardan birinə - iyul ayına öz adını verir. Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.
Fevralın 29-da doğulan adamlar doğum günlərini dörd ildən bir qeyd edirlər. Valıdeynlər fevralın 29-u dünyaya gələn körpələrni başqa tarixə qeydiyyata salmağa çalışır. Ya fevralın 28-nə, ya da əsasən martın 1-nə. Hazırda statistikaya görə 4 milyon insan doğum gününü fevralın 29-u qeyd etməli olur. Bu dünya əhalisinin 0,069 faizini təşkil edir. İtalyan bəstəkarı Antonio Rossini, fransız aktrisası Mişel Morqan, Azərbaycan yazıçısı Ənvər Məmmədxanov, məşhur xizəkçi Raisa Smetanina, Əlcəzair əslli fransız müğənni Khaled, türk müğənni Erol Büyükburc həmin gün anadan olublar. Fevralın 29-u Avropanın bır sıra ölkələrində müqəddəs osvaldın günü qeyd olunur.
Bu günün özəlliyi ondan ibarətdi ki, məhz bu gün qadın sevdiyi kişiyə evlilik təklif edə bilər. Bu adət ənənə ilk dəfə olaraq V əsrdə irlandiyada yaranıb. Rəsmiləşməsi isə XIII əsrdə şotlandiyada xüsusi qanunun qəbuluna təsadüf edir. XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində qəbul edilmirdi. Təqvimdə fevralın 29-u olsa da, hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Bu gün müqavilələr bağlanmır, borc verilmir, ödənişlər aparılmırdı. Cünki bu tip işlərin məhkəmədə baxılmasında problem ortaya çıxırdı.
DOSTLARINLA PAYLAŞ: