221 illik “Qurani Kərim” satılarkən ələ keçirilib
15 Fevral 2010 Bazar Ertəsi 04:10
Müqəddəs kitabı satmağa çalışan şəxs tarixi əsərin babasından qaldığını iddia edib
Türkiyə Mersin vilayətinin Erdemli rayonunda Hicri təqvimlə 1204 (Miladi 1789) tarixli “Qurani Kərim” polisin keçirdiyi əməliyyatla ələ keçirilib. Qeyd edək ki polisə, Mardinli Yusifoğlu xoca Saleh tərəfindən yazılan 15 cildlik kitabın satılacağı barədə məlumat daxil olub. Polis isə müştəri kimi gedərək 250 min lirə (132 min 725 manat) qiymət qoyulan müqəddəs kitabı ələ keçirib. Polis tərəfindən saxlanılan “Qurani Kərim”in sahibi isə ilkin ifadəsində bu Kitabın babasından qaldığını deyib.
Polisin müsadirə etdiyi 221 illik tarixi “Quran” Mersin muzey müdürlüyünə təhvil verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: