22 yaşlı qızın elektrik sobanı işə salmaq cəhdi ölümlə nəticələnib
21 İyun 2012 Cümə Axşamı 20:34
Quba rayonunun II Nüqədi kəndində bədbəxt hadisə baş verib.
Quba rayonunun II Nüqədi kəndində bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini, 1990-cı il təvəllüdlü Günay Bədəlovanı elektrik cərəyanı vurub. Hadisə onun elektrik sobanı işə salmaq istəyərkən baş verib.

Quba Rayon Prokurorluğunun böyük müstəntiqi Elmar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, G.Bədəlovanın əli yaş olduğuna görə onu “tok” vurub. 22 yaşlı qız hadisə yerində keçinib. G.Bədəlovanın meyiti Quba morqunda tibbi ekspertizadan keçəndən sonra ailəsinə təhvil verilib.

Quba rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar