21 dekabr ssenarisi hansı maraqlara xidmət edir?
16 Dekabr 2012 Bazar 23:14
Dünyanın yoxsa iqtisadi böhranın sonu?!
Son vaxtlar dünyada əsas müzakirə mövzusuna çevrilən dekabrın 21-i dünyanın dağılması ilə bağlı iddia və şayələrin kökü əslində 2008-ci ildən başlayan iqtisadi böhrandadır. NASA kimi dünyanın ən nüfuzlu kosmik agentliyinin alimlərinin, eləcə də müxtəlif dinlərin alimlərinin verdiyi bəyanatları nəzərə alaq. Onlar həmin tarixdə dünyanı təhlükədən kənar olduğunu bildirirlər. Deməli bu söyləntilərin tamamilə başqa səbəblərinin olduğunu düşünməyə əsas var.

Bir sıra mütəxəssislər ehtimal edirlər ki, bütün bunlar iri maliyyə konsernlərini idarə edən təşkilat və qrupların marağındadır. Dünyanı bürüyən iqtisadi böhrandan xilas olmağın yollarını axtaran iri konsernlər müxtəlif üsullara əl atır. Xatırlayaq ki, 2008-ildə iqtisadi böhrandan insanların bir çoxunun bank və maliyyə sektoruna, alış verişə marağı azalmışdı. Vətəndaşlar pulu artıq özlərindən başqa heç kəsə etibar etmirdilər. Və təsadüfi deyil ki, məhz dünyanın sonu barəsində şayələr yayılandan sonra insanlar əllərində olan maliyyə vəsaitlərini könüllü olaraq xərcləməyə başladılar. Süleymana qalmayan dünya, bizə də qalmaz prinsipi ilə.

İqtisadi böhranın tüğyan etdiyi ilk vaxtlardan başlayaraq bir çox şirkətlər, maliyyə konsernləri, eləcə də banklar iflasa uğradı. Bu amil təbii ki, birbaşa və ya dolayısı ilə sadə insanlara da təsir etdi, onların da gəlirlərində azalmalar oldu. Bütün bunlar nəticə etibarilə insanları qənaət etməyə, səyahətlərinin sayını xeyli azaltmağa sövq etdi. Artıq insanlar banklara da etibar etmir, əllərində olan vəsaiti ən yaxşı halda daşınmaz əmlakda saxlayırdı. Dünya iqtisadiyyatının 70%-dən çoxunu əllərində saxlayan nəhəng iqtisadi qruplar isə iqitasdi böhrandan qurtulmağın ən yaxşı üsulunu insanlara psixoloji təsirdə gördülər. Və məhz həmin vaxt ortaya 4 ildən sonra dünyanın dağılacağı ilə bağlı iddialar atıldı. Etiraf edək ki, indinin özündə də bu iddialara 5 nəfərdən ikisi inanmırsa, digər 3 nəfər inanır.

Bu şəkildə artıq dünyada turizmində yeni baxış və canlanma yaranıb. Bir neçə şəhər toxunulmaz elan olunub və dünya dağılarsa, orada olanlar sağ qalacaq kimi sözlərlə insanları cəlb edirlər. 100 minlərlə insanlar bu yerlərə getmək üçün pul xərcləyirlər. Mütəxəssislər insanları sadəlövh olmamağa və dünyada baş verən prosesləri daha diqqətlə izləməyə dəvət edirlər. Yalnız həmin vaxt onlar böyük bir yalanın parçasına çevrilməzlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar