2012 filmi ilk dəfə olaraq ANS-in efirində
01 Fevral 2010 Bazar Ertəsi 12:35
2012 filmində Güclü zəlzələ, vulkan püskürmələri, sunamilər baş verəcək.
Amerika Birləşmiş Ştatları ilə Kanadanın birgə məhsulu olan "2012" adlı filmini azərbaycanlı tamaşaçılar ilk dəfə olaraq, ANS TV-nin efirində izləyə biləcəklər.

2009-cu ildə lentə alınan filmin rejissoru Roland Emmeriks həm də ssenari müəllifidir. Noyabr ayının 11-də dünya premyerasına təqdim olunan "2012" filmində Con Kyusak, Tendi Nyuton, Amanda Pit, Vudi Harrelson, Denni Qlover, Çivetel Eciofor, Oliver Plett, Morqan Lili Corc Siqal, Con Billinqsli və başqaları rol alıb.

Filmin süjet xətti bir qrup alimin öncədən xəbər verilmiş apokalipsisə müqavimət göstərmək ümidi ilə Mayya sivilizasiyasının “Təqvimi”nin sirrini açmağa çalışmasından ibarətdir.

"2012" fantastik filmdə bir hindu tayfasının təqviminə əsasən, 2012-ci ildə günəş sisteminin planetləri bir xətt boyunca sıralanaraq yer kürəsində qlobal fəlakətlər yaradacaq. Güclü zəlzələlər, vulkan püskürmələri, sunamilər baş verəcək.

2009-cu ilin ən yüksək büdcəli filmlərindən biri olan "2012" fantastik filminə yüksək keyfiyyətdə Azərbaycan Televiziya məkanında ilk dəfə olaraq ANS TV-də fevral ayının 6-da, saat 18:15 tarixində izləyə bilərsiniz.

Xoş seyrlər! ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar