2012 DA14 asteroidi Yerlə toqquşsaydı nə olacaqdı?
17 Fevral 2013 Bazar 00:07
NASA alimləri planetimizə üz verə biləcək bəlanı araşdırıblar.
NASA alimlərinin qənaətinə görə, 2012 DA14 asteroidi Yer kürəsi ilə toqquşsaydı, o zaman böyük bir qəsəbə yox olma təhlükəsi ilə üzləşərdi. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2012 DA14 indiyədək Yerin ən yaxınlığından keçən asteroid olduğundan alimlər bu haqda ciddi düşünməyə başlayıblar.
Məlum olub ki, 27500 km dünyaya yaxın məsafədən keçən 2012 DA14 50 metr, yəni bir futbol stadionu və ya 15 mərtəbəli bina böyüklüyündəymiş. Asteroid 190 min ton çəkiyə malik olub.
DOSTLARINLA PAYLAŞ: