20 Yanvar əlilləri üçün prezident təqaüdü təsis edilib
19 Yanvar 2011 Çərşənbə 20:15
Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsi gücləndiriləcək və onlara dövlət qayğısını artırılacaq. Bu məqsədlə prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Təqaüdün aylıq məbləği aşağıdakı kimi müəyyən edilib:
I qrup əlillərə – 150 manat
II qrup əlillərə – 130 manat
III qrup əlillərə – 100 manat. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: