1994-cü ildə Azərbaycanda baş verən zəncirvari cinayətlərin səbəbi nə idi?
17 Dekabr 2011 Şənbə 11:24
Mir Şahin bu dəfə "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsindəki proseslərdən danışacaq.
Hörmətli televiziya tamaşaçıları, Sizi dekabrın 22-də saat 23-də Mir Şahinin teleensiklopediyasına baxmağa dəvət edirik. Bu dəfə publisistin diqqət mərkəzində 20-ci əsrin ən mühüm hadisələrindən biri, Azərbaycanın müstəqilliyinin yaranması və formalaşmasında əsaslı rol oynamış, "Əsrin müqaviləsi" olacaq.
Bu gün də çoxları bilmir ki, bu qlobal layihənin həyata keçməsinin çoxlu əleyhdarı var idi: və təkcə bizim ölkədə yox, eləcə də Azərbaycanın xaricində. Ona görə də bu sənədin imzalanması ərəfəsində Azərbaycanda zəncirvari cinayətlər baş verdi: yüksək çinli məmurlar öldürüldü, ölkənin ən ciddi şəkildə mühafizə edilən obyektindən-Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasından məhbuslar qaçırıldı, dövlət çevrilişinə cəhd edildi, layihənin müəllifi Azərbaycanın lideri Heydər Əliyevi aradan götürmək istiqamətində ardıcıl addımlar atıldı. Bütün bunlar barədə Mir Şahin və onun həmin hadisələrdə iştirak etmiş qonaqları, şahidlər ətraflı danışacaqlar və əlbəttə ki, onların söhbətini ANS-in Qızıl Fondunda saxlanılan unikal kadrlar müşayiət edəcək.
Mütləq baxın! 1994-cü ilin hadisələrinə bugünkü gözlə baxmaq çox maraqlı olacaq. Beləliklə:dekabın 22-də saat 23.00-da görüşənədək.
DOSTLARINLA PAYLAŞ: