17 milyon insanı qurbana çevirən uğursuz eksperiment
26 Aprel 2013 Cümə 15:40
Çernobıl qəzasından 27 il ötür.
Xerosima və Naqasakidən sonra üçüncü atom partlayışı 1986-cı il aprelin 26-da Çernobılda baş verdi. Lakin bu dəfə Amerika yox, SSRİ öz eksperimentini keçirmək istəyirdi. Çernobıl atom stansiyasında təhlükəsiz bir eksperiment keçirilməli idi. Amma hər şey sonadək hesablanmadığından aprelin 26-da dördüncü enerji blokunda yanğın baş verir və alov 3 bloku bürüyür.
Partlayışdan sonra ilk dəqiqələrdə həyat ücün təhlükə kəsb edən radioktiv duman yaranır. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənir.
Bu gün on minlərlə uşaq və yaşlı insan radiaktiv şüalanmanın birbaşa təsirindən əziyyət çəkir. Qeyd edək ki, qəza nəticəsində Ukraynada 4400 nəfər ölmüşdü. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələlər idi.
Qəzanın nəticələrinin aradan qaldırılması ücün Çernobila 7 min azərbaycanlı da göndərilmişdi. Hazırda ölkədə 5100 nəfərdən çox Çernobıl əlili var.
DOSTLARINLA PAYLAŞ: