16 yaşlı Leyla Əhmədova bu gün Nəcəfdə dəfn olunub
01 Fevral 2010 Bazar Ertəsi 23:45
Mərhum Leyla Əhmədovanın sənədləri qaydasında olmadığından onun dəfni bu günə qədər mümkün olmayıb
Kərbəla ziyərəti zamanı İraq ərazisində dünyasını dəyişən 16 yaşlı Leyla Əhmədova bu gün Nəcəfdə dəfn olunub. Qeyd edək ki, mərhum ötən həftə İraqda silahlıların açdığı atəş nəticəsində dünyasını dəyişib. Mərhumun əmisinin sözlərinə görə, Leylanın və onunla birgə ziyarətə gedən valideynlərinin sənədləri qaydasında olmadığından onun dəfni bu günə qədər mümkün olmayıb.
“İraqın Xarci işlər Nazirliyində sənədlərə qol çəkilməlidir. Xarici vətəndaş olduğundan oranın qanunları ilə razılaşmaq lazımdır. Bu gün sənədlərimizə qol çəkilməlidir”,-deyə mərhumun əmisi əlavə edib.
İraqın azərbaycandakı səfiri Ömər Ərhad İsmayıl isə bildirib ki, ziyarətçilər İraqa saxta sənədlərlə gediblər və onlar hazırda ziyarətçilərin Kərbəlaya hansı şirkətin xətti ilə getdiyini araşdırırlar. Bu səbəbdən də Azərbaycan vətəndaşlarına yardım etmək hələ ki, bir qədər müşküldür. Amma hər halda səfir ziyarətçilərə kömək məqsədilə İaqın xarici işər nazirliyinə müraciət etdiyini qeyd edib. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı isə İraqdakı ziyarətçilərin vəziyyəti ilə bağlı bu ölkənin rəsmi qurumları ilə əlaqə saxladığını və məlum hadisə nəticəsində yaralanan həmvətənlərimizin səhhətlərinin normal olduğunu bildirib.
“Biz İraqın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamışıq. Onların spikeri bizə bildirib ki, 2 nəfər yaralı xəstəxanaya aparılıb və müalicə olunur. Dünən aldığımız xəbərə görə, onların yaraları ağır deyil”,- deyə səfir bildirib.
Xatırladaq ki, yanvarın 27-də Kərbəla ziyarətinə gedən 33 azərbaycanlı ziyarətçi Kərbəladan qayıdarkən Kazımiyyə adlı yerdə naməlum silahlılar tərəfindən atəşə tutulub. Hadisə nəticəsində 16 yaşlı Maştağa sakini leyla Əhmədova aldığı güllə yarasından dünyasını dəyişib, iki nəfər isə yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: