11 qanunsuz aksiyanın qarşısı alınıb
29 Oktyabr 2010 Cümə 22:10
Elxan Həsənov: "Bu il paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb".
Bu ilin 9 ayı ərzində paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb. Şəhər miqyaslı 147, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 94 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilib. ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Bakı şəhər Baş Polis İdarəsində 9 ayın yekunlarına həsr olunan əməliyyat müşavirəsində idarənin rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirib.
E. Həsənov bildirib ki, bu ilin 9 ayı ərzində ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 11 cəhdin də qarşısı alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: