101 yaşlı nənə rekorda imza atdı
22 Mart 2012 Cümə Axşamı 19:56
ABŞ-ın Yuta ştatından olan xanım paraplanda uçan ən yaşlı qadın kimi Ginnes rekorduna imza atıb.
ABŞ-ın Yuta ştatından olan 101 yaşlı xanım paraplanda uçan ən yaşlı qadın kimi Dünya Ginnes rekorduna imza atıb. Rekordu qeydə alan təşkilatın sözçüsü Meri Hardisonun məhz 101 yaşını tamam olması münasibətilə paraplanda uçmaq qərarına gəldiyini bildirib.
Bir əsrdən çox yaşı olan Meri möhtəşəm paraşut enişini “Klaud 9” paraplan şirkətinin təlimatçısı ilə birgə yerinə yetirib. Nəticələri ilə yanaşı kötükcələri də olan nənə, belə bir qərara gəlməkdə paraplan enişlərini hobbiyə çevirmiş 75 yaşlı oğlundan ilhamlandığını deyib.
Meri bütün qoca insanları ruhdan düşməməyə və fiziki imkanlarından fəal şəkildə istifadə etməyə çağırıb.
DOSTLARINLA PAYLAŞ: