1,5 milyon seçicinin siyahıdan kənarda qalması mümkün deyil
04 Noyabr 2010 Cümə Axşamı 23:15
M.Pənahov: "Belə bir şey olsaydı, onlardan kiminsə səsi çıxardı".
1,5 milyon seçicinin siyahıdan kənarda qalması mümkün deyil. Bunu MSK sədri Məzahir Pənahov qurumun açıqladığı seçici siyahılarındakı rəqəmlə Dövlət Statistika Komitəsinin saytındakı müvafiq rəqəm arasındakı fərq məsələsinə münasibət bildirərkən deyib.
"Mən heç bir qurumun ünvanına bir söz demək istəmirəm. Ancaq belə bir şey olsaydı, deyilən 1,5 milyon adamdan kiminsə səsi çıxardı”,– deyə M.Pənahov əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: