İqtisadiyyat

Milli Bank kredit faiz dərəcəsini 3 endirib

Bu qərar iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədi ilə qəbul olunub

· Xəbərçi
Milli Bank kredit faiz dərəcəsini 3 endirib

Azərbaycanda kredit bazarını canlandırmaq məqsədi ilə, bu gündən Milli Bank kreditlər üzrə baza faiz dərəcəsini 5 faizdən 3 faizə endirib. Həm manat, həm də xarici valyutalarda məcburi ehtiyat normaları isə 0,5 faizə salınacaq. Milli Bankdan bildirilib ki, bu qərar iqtisadi böhranın dərinləşməsi, maliyyə bazarlarında likvidliyin azalması nəzərə alınaraq, iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədi ilə qəbul olunub. Xaricdən vəsait cəlb etmək çətinləşdiyindən bu qərardan sonra banklar 120 milyon dollar əlavə vəsait qazanacaq. Amma faiz dərəcəsinin aşağı salınması ilə bazarda kreditlər dərhal ucuzlaşmayacaq./ANS TV/

Şərhlər