Alman klubunun oyunçusu Uğur Pamuk “Sumqayıt Şəhər”də
07 Yanvar 2012 Şənbə 20:25
Sumqayıt klubu Uğur Pamukla müqavilə imzalayıb.
“Sumqayıt Şəhər” futbol klubu növbəti transferini rəsmiləşdirib. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Almaniyanın “TUS Dornberq” klubunda forma geyinmiş, Azərbaycan əsilli Uğur Pamukla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı Uğur Pamuk “TUS Dornberq” klubunun heyətində cari mövsümdə 16 qarşılaşmada rəqib qapılarından 1 top keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar