Xolestrolu düşürən meyvələr
12 May 2010 Çərşənbə 05:30
Tərkibində bitki proteini, sink, kalsium, antioksidant, maqnezium, vitamin və minerallar olan bu üç meyvə insan səhhəti üçün çox faydalıdır.
“Badam, fındıq və qoz xolestrol miqdarının aşağı düşməsini təmin edən ən əhəmiyyətli meyvələrdəndir”. Bu, “Archives of Internal Medicine” adlı tibb jurnalının keçirdiyi araşdırma nəticəsində məlum olub. Jurnalda, tərkibində bitki proteini, sink, kalsium, antioksidant, maqnezium, vitamin və minerallar olan bu üç meyvənin insan səhhəti üçün çox faydalı olduğu yazılıb.
Araşdırmanın nəticısində, qoz, fındıq və badamın bədəndə yağ istehlakını çoxaltdığı, bu yağların tərkibi başqa yağlardan fərqli olduğu üçün xolestrolsuz olduğu və qandakı xolestrolu da düşürdüyü bildirilir.
Qeyd edək ki, keçirilən araşdırmada 7 ölkədən xolestrolu yuxarı olan 583 insan iştirak edib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: