Xərçəngi sağaldan kəşf
23 Noyabr 2009 Bazar Ertəsi 14:35
Qorxulu Xərçəng xəstəliyinin müalicəsində nanotexnologiyadan istifadə edilə bilər.
Türkiyənin Qazi Universitetinin iki alimi xərçəngin müalicəsi ilə bağlı yeni addım atıblar. Onlar aşağı dərman dozaları ilə yüksək uğur əldə etməyi bacarıblar. Türk alimlər Vaşinqton Universitetində apardıqları tədqiqatlarında nanotexnologiyadan istifadə ediblər.

Alim Mustafa Selman Yavuz sözlərinə görə, bu üsulu xərçəngin müalicəsində yeni ümid adlandırmaq olar. Belə ki, dərman molekulları metrənin 50 milyardda biri böyüklüyündəki nano-kapsulların içinə yerləşdirilir. Kapsulların üzərləri nanometrik ölçüdəki dəliklər polimerlərlə örtülür. Dərmanla dolu olan kapsul xərçəng olan hüceyrələrə yeridilir. Bundan sonra o isidilir. Nəticədə polimerlerlə bağlanan dəliklər açılaraq nano-kapsulun içindəki dərman xəstəlik olan hüceyrəyə yayılır. Bunun məqsədi xərçəng toxumasını tək hüceyrə səviyyəsində hədəfləyərək yox etməkdir.

Araşdırmada iştirakçısı olan həkim Gürər Budak müalicə məqsədi ilə istehsal edilən hər bir molekulun insanlar üzərində istifadədən öncə uzun və ətraflı testlərdən keçməsinin lazım olduğunu bildirib.

Araşdırma “Nature Materials” və “New York Times”da nəşr edilib.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar