Ürəyin üçün "xoşbəxt ol"
18 Fevral 2010 Cümə Axşamı 14:40
Bədbinlərin ürək xəstəliklərinə tutulma riski yüksəkdir
Xoşbəxt, nikbin və həyatlarından məmnun olan insanların ürək xəstəliklərinə tutulma riski özünü xoşbəxt hiss etməyənlərə nisbətən azdır. Bunu müəyyən etmək üçün mütəxəssislər yeni araşdırma aparıblar. Tədqiqatda 877-si qadın olmaqla 1739 sağlam şəxs 10 il müddətində nəzarətdə saxlanılıblar. Nəticədə bədbin insanlara nisbətən bir az nikbin adamların ürək xəstəliklərinə tutulma riskinin 22, az nikbin insanların isə çox xoşbəxt şəxslərlə müqayisədə belə problemlərlə üzləşmək riskinin 22 faiz artıq olduğu bəlli olub.
Tədqiqata rəhbərlik edən ABŞ-ın Kolumbiya Universitetinin Tibb Mərkəzinin professoru Karina Davidson hadisələrə daha nikbin yanaşan insanların psixologiyalarının daha yaxşı olduğunu və onların stresdən tez çıxa bildiyini qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar