Sağlamlıq

Tibb aləmində inqilab

Tibb aləmində inqilab. İnsanın cavan qalmağının sirri açılıb.

· Xəbərçi
Tibb aləmində inqilab
Yaşlanmanın qarşısını almaq üçün insanın diz qapağı, omba, ürək qapaqları və toxumaları ehtiyat hissələrlə əvəz olunacaq. İnsan 50 yaşına çatdığı zaman onların yaşlanan hissələri yenisi ilə əvəz olunacaq.

İngiltərənin Lids Universitetinin əməkdaşları 50 milyon sterlinq büdcəlik təcrübədə insanın öz DNT-sindən əmələ gətirdikləri toxuma və orqanları onlar yaşlanan zaman istifadə edə biləcəkləri qənaətinə gəliblər.

Təcrübənin rəhbərlərindən olan professor Con Fişer ilkin olaraq heyvanlar və 30 Braziliya vətəndaşı üzərində aparılan təcrübənin uğurla nəticələndiyini bildirib. O, həmçinin yaxın 5 ildə daha 10 insan orqanının ehtiyat hissələrini yaratmağın mümkün olduğunu vurğulayıb. ANSPRESS

Şərhlər