Silikona alternativ çıxdı
07 Noyabr 2009 Şənbə 10:45
Bu süd vəzi botoksudur
Yaşlanma və uşaq dünyaya gətirəndən sonra qadınların ən başlıca problemi süd vəziləri ilə bağlı olur. Artıq bu problemin də həllinə yeni bir çarə tapılıb. Silikona alternativ olan üsul döş botoksudur. Bu üsuldan artıq İngiltərədə istifadə edilir.
Botoks iynəsi əzələləri canlandırır və forması itmiş süd vəzilərinin daha gözəl görünüşünü təmin edir.
Proses cəmi yarım saat çəkir və 3 ay müddətində effektivliyini saxlayır. Bu üsuldan ən çox 20-30 yaşlarında olan qadınların istifadəsi tövsiyə edilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar