QİÇS-ə qarşı dərman
20 İyul 2010 Çərşənbə Axşamı 12:05
QİÇS-ə qarşı dərman. Gel qadınların HİV-ə yoluxma riskini azaldacaq.
Elm xadimləri ən təhlükəli xəstəlik olan Qazanılmış İmmun Çatışmazlığı Sindromu- QİÇS-ə qarşı gel hazırlayıblar. Mütəxəssislər Vyanada keçirilən Beynəlxalq QİÇS konfransı çərçivəsində qadınların müntəzəm istifadə edəcəyi təqdirdə HİV virusunun yoluxma təhlükəsini azaldan dərman hazırladıqlarını açıqlayıblar.
Cənubi Afrikada təcrübədən keçirilən gel QİÇS-ə yol açan HİV virusunun yayılmasının qarşısını alır.
900 qadının üzərində aparılan təcrübənin nəticələrinə görə, gel qadınlarda virusa yoluxmanı bir ilə 50 faiz azaldır.
Dünya Səhiyyə Təşkilatı və BMT-nin QİÇS proqramı bu nailliyəti inqilab adlandırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: