Ömrü uzadan meyvələr...
19 Fevral 2010 Cümə 15:35
Onlar sağlamlığın ən böyük təminatçısıdır
Meyvələrin tərkibi müxtəlif minerallar, vitaminlər, orqanizm üçün xeyirli maddələrlə zəngindir. Meyvələr insan sağlamlığının ən mühüm təminatçısıdır.
Portağal
Ən çox istifadə olunan meyvələrdən biridir. "C" vitamini ilə bol olan portağal kalsiumla da, zəngindir.
Ananas
Ekzotik meyvələrin başında gəlir. Az kalorili ananasın tərkibində balıq və ətdə olan bəzi minerallar var. Bu maddə qan laxtalanmasının qarşısını alır, ürəyi və mədəni qoruyur.
Avokado
Bu meyvənin kalorisi nisbətən çox olsa da, gündəlik qida rasionunda adı mütləq olmalıdır. Ürəyin dostu olan avakado zeytun yağı qədər faydalıdır.
Alma
Xolestrini və təzyiqi salır, qandakı şəkər miqdarını tənzimləyir, diabetin yaranmasının qarşısını alır. Hər gün alma yemək immuniteti gücləndirir.
Ərik
Qan damarlarını gücləndirir, bağırsaqları yumşaldır. Minerallarla zəngindir.
Qarpız
Xərçəngin bir neçə növü də başqa xəstəliklərə tutulma riskini azaldır.
Armud
Minerallarla zəngin armud kalorisinə görə də əvəzsizdir.
Gilas
Gilas qan damarlarını qoruyur. Qan dövranını asanlaşdırır ki, bu da yaşlanmanın qarşısını almaq üçün ən yaxşı yoldur.
Limon
Limonun faydalarını saymaqla bitirmək çətindir. İmmuniteti gücləndirən limon vitamin mənbəyidir. Xərçəngdən qorunmaqda önəmli silahdır. Bütün yeməklərə bir az limon suyu əlavə etməklə ondan yararlanmaq olar. Çünki limon qandakı şəkərin səviyyəsini və təyziqini azaldır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: