Ketçup prostatın qarşısını alır
18 Yanvar 2010 Bazar Ertəsi 05:35
Ketçup prostatın qarşısını alır. Həkimlər 40 yaşdan sonra bütün kişilərin ildə bir dəfə həkim nəzarətindən keçməsini məsləhət görür.
Araşdırmalar nəticəsində məlum olub ki, ketçup, tomat və pomidor sousu 40 yaşdan yuxarı kişilərin ən böyük dərdi olan prostatın qarşısını alır. Buna səbəb pomidor və s. meyvə-tərəvəzi qırmızı rənglə təmin edən likopendir. Alimlər likopenin qarpız və qreyfutda da olduğunu, pomidorda olan likopenin isə pişdiyi zaman çoxaldığını, bu səbəblə də prostata qarşı daha faydalı olduğunu aşkarlayıblar. Həkimlər isə 40 yaşdan sonra bütün kişilərin ildə bir dəfə həkim nəzarətindən keçməsini məsləhət görür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: