Marketlərdə satılan hazır şorbalar tərkibindəki duz miqdarının çox olması səbəbilə yüksək təzyiq və iflicə səbəb olur. Bu, İngiltərədəki “Consensus Action on Salt and Healt” (CAHS) adlı səhiyyə təşkilatının keçirdiyi araşdırmalardan sonra məlum olub. Təşkilat 575 növ şorba üzərində keçirdiyi araşdırma nəticəsində müəyyən edib ki, bu məhsullardan 25 faizində duz səviyyəsi həddindən çoxdur.
Mütəxəssislər bildirib ki, bir insanın gündəlik duz norması 6 qramdır. Onlar həmçinin 100 qramlıq hazır şorbalarda lazım olan duz miqdarının sadəcə 0.06 qr olduğunu deyib. ANSPRESS
Hazır şorbalar iflic edir
Hazır şorbalar iflic edir. Buna səbəb hazır şorbalarda duz miqdarının yuxarı olmasıdır.




Şərhlər