Evlənmək kişiləri daha xoşbəxt edir
18 Noyabr 2009 Çərşənbə 13:35
Evlənmək kişiləri daha xoşbəxt edir. Bu sevincin qiyməti 24 min manatdan artıqdır.
Evlilik kişiləri daha xoşbəxt edir. Bu nəticəyə avstraliyalı professor Paul Frijters gəlib. O, son 8 ili 10 minə yaxın cütlüyün ailə həyatında müşahidələr aparmaqla keçirib. Müşahidələrdən sonra alim xoşbəxtliyi maddi dəyərlərlə müqayisə edib.
Professorun hesablamalarına görə, kişilər evləndiyi zaman təqribən 24,839 min manat, qadınlar isə 12,423 manat dəyərində sevinirlər. Ayrılmağın da kişilərin üzərində yaratdığı təsir böyükdür. Boşanma kişiyə 84,90 min, qadınlara isə 6,90 min manat itirmiş kimi təsir edir.
Uşaq sahibi olanda da daha çox sevinən atalar olurmuş. P.Frijters kişilərin bu sevincinə 24,38, qadınlarınkinə isə 6,64 min manat qiymət verib.
Həyat yoldaşının ölməsi isə kişiləri demək olar ki, məhv edir. Bu ağır itki onlara 482, 53 manat itirmiş kimi təsir edir. Qadınlarda isə bu rəqəm o qədər də böyük deyil - cəmi 100,27 min manat.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: